Elçin Sadıqov aclıq aksiyasına başladı

 16:41 16.09.2022     380

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

Redaktor.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını əlavə edib.

Növbəti proses sentyabrın 17-də olacaq.

Xatırladaq ki, vəkil Elçin Sadıqov "Xural" İnternet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə "Baku Still Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.

E. Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü( külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb və onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.