Lənkərandakı "Samovar"ın müəllifi öldü

 10:04 17.09.2022     443

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.

Redaktor.az xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. O, həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.