Masazırda oğlan sevdiyi qıza görə intihara cəhd edir - VİDEO

 10:42 17.09.2022     443

Abşeron rayonu, Masazır qəsəbəsində bir nəfər intihara cəhd edir.

Redaktor.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını bildirir.

Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa çalışır. Gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbindən özünü öldürmək istədiyi iddia olunur (oxu.az).