Yolu keçən piyadaları maşın vurdu

 11:08 17.09.2022     129

Sentyabrın 15-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini V.Adgözəlov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Səməd Eyvazovu vurub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 16-da orada ölüb.

Anoloji hal sentyabrın 16-da saat 20 radələrində Zərdab rayonunun Mollakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini E.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Sona Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.