Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlandı

 11:28 17.09.2022     142

Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.