11-ci sinif şagirdi qəfil vəfat etdi

 17:31 18.09.2022     1105

Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.

Redaktor.az report-a istinadla xəbər verir ki, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.

Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.

Hazırda mərhumun ölüm səbəbi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən