Məşhur istirahət məkanında ölüm

Lənkərana qonaq gedən şəxs, dəniz kənarında vəfat edib.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, Bakı şəhərindən Lənkərana qonaq gedən 1972-ci il təvəllüdlü Hicran Cəfər oğlu Hüseynov, Lənkəranda dəniz kənarındakı “Beluqa” istirahət məkanına istirahətə yollanıb.
Hələlik bilinməyən səbəblərdən Hicran Hüseynov orda dünyasını dəyişib. Meyit müayinə olunması üçün morqa aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır. Ölümün səbəbi dəqiqləşdirilir.
Əlavə məlumat veriləcək.