“Bakubus” avtobusu qəzaya uğradı - FOTO

 20:09 18.09.2022     872

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az "qafqazinfo"ya istinadla  xəbər verir ki, Yusif Səfərov küçəsində - "Sevgi" parkının qarşısında "Bakubus" MMC-nin istismarında olan 2 saylı xətt avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.