Bakı-Sumqayıt yolunda dəhşətli “Prius” qəzası - VİDEO - YENİLƏNİB

 12:15 19.09.2022     309

Bakıda ağır yol-nəqliyyat hadisəsində ölən şəxslərin adları məlum olub.

Redaktor.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, bunlar “Toyota Prius” markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.

Hazırda araşdırma aparılır.

***

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.

Qəza nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır (oxu.az).