Məktəbli ağır qəzada dünyasını dəyişdi

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımov idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik avtomobili Göyçay-Ucar yolunda yoldan çıxararaq hasara çırpılıb.
Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.
Faktla bağlı araşdırma aparılır (apa.az).