Tovuz sakini qonşusunu güllələdi

Tovuz rayon sakini Ədalət Verdiyev qonşusu Ələsgər Ələsgərovu ov tüfəngindən atəş açaraq yaralayıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1969-cu il təvəllüdlü Ələsgər Ələsgərov qonşusu, 1983-cü il təvəllüdlü Ədalət Verdiyevin evində qonaq olub. Bu zaman Ə.Verdiyev naməlum səbəbdən ov tüfəngindən atəş açıb. Bu zaman güllə onun yaxınlığında olan Ə.Ələsgərovun diz nayihəsinə dəyib. O, xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisənin ehtiyatsızlıqdan törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.