Keçmiş polis əməkdaşı özünü öldürdü

 09:44 20.09.2022     1037

Bakıda keçmiş polis əməkdaşı intihar edib.

Redaktor.az xəbər verir ki, vaxtilə Səbail Rayon Mühafizə İdarəsində serjant rütbəsində xidmət etmiş Şahin Hüseynov ötən gecə yaşadığı evdə özünü asıb.

İlkin ehtimallara görə, onun intiharına səbəb xəstəliyi olub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Ş.Hüseynov bir müddət əvvəl səhhətindəki problemlərlə əlaqədar öz xahişi ilə daxili işlər orqanlarından xaric olunub.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

Araşdırma aparılır.