Bakıda avtobus sürücüsü döyüldü - VİDEO

 14:51 20.09.2022     675

Bakıda fəaliyyət göstərən 85 saylı marşrut xətti üzrə avtobusun sürücüsü döyülüb.

Redaktor.az xəbər verir ki, sərnişin əvvəlcə avtobus sürücüsü ilə mübahisə edib.

Daha sonra, o, sürücünü döyərək ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, avtobus sürücüsünü döyən şəxs saxlanılıb: “Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”.