Zorlandığı deyilən şagirdin sadəcə döyüldüyü məlum oldu

 17:30 20.09.2022     1608

Azərbaycanda xəsarət almış şagirdin sinif yoldaşları tərəfindən döyüldüyü məlum olub.

Redaktor.az bildirir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

O, 12 yaşlı oğlanın zorakılığa məruz qalması iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan informasiyaya dair bildirib ki, hələ, iyul ayında Dövlət Komitəsi faktın araşdırılması üçün aidiyyəti üzrə rayon İcra Hakimiyyətinə, Baş Prokrorluq, Daxili işlər və Təhsil Nazirliyinə müraciət edib.

Həmin müraciətlər əsasında aparılan təhqiqat nəticələrinə dair Dövlət Komitəsinə daxil olan cavablarda təyin edilmiş ekspertizada iddiaların təsdiqini tapmadığı qeyd olunub.

Həmçinin həmin məktəbin 5-ci sinif şagirdləri arasında baş verən mübahisə zamanı bir neçə sinif yoldaşının həmin məktəbliyə vurmaq dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi aşkarlanıb.

Yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib.

Lakin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı profilaktiki yığım işinin açılması şöbənin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupuna həvalə olunub.