79 kiloqram psixatrop maddə ələ keçirildi

Azərbaycandan Türkiyəyə plastik məmulatlar aparan avtomobildə psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Report.az-a verilən məlumata görə, Naxçıvandan tranzit keçməklə Türkiyəyə plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsində gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.