Metroda problem - Qatarlar 12 dəqiqə gecikdi

Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr olub.
Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Bildirilib ki, buna səbəb texniki nasazlıqla əlaqədar yoldəyişdirici qurğuların əllə idarə edilməsi olub. Nəticədə intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.