Yük maşınının təkəri partladı- Ölən var

 09:12 21.09.2022     246

Abşeronda şirkətdə avtomobilin təkəri partlayıb, ölən var.

Redaktor.az xəbər verir ki,, hadisə sentyabrın 20-si saat 11 radələrində rayonun Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində yerləşən "Şinkar Holding" MMC-yə məxsus yük avtomobillərin müvəqqəti dayanacağında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Abdulxalıqov Nazim Babaverdi oğlu təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən