74 yaşlı sürücü piyadanı vurub öldürdü

 09:34 21.09.2022     295

Bakıda 74 yaşlı avtomobil sürücüsü piyadanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 20-də paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Məmmədağa Məlikov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Salman Sadiqovu vurub. Nəticədə piyada aldığı xəsarətdən evində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.