Bakıda antibiotik vurulan azyaşlı ÖLDÜ

 12:23 21.09.2022     271

Bakıdakı klinikalardan birində dördüncü sinif şagirdi ölüb.

Redaktor.az “Unikal”a istinadən xəbər verir ki, talassemiya xəstəsi olan Yevlax rayon Hacıselli kənd sakini Paşayeva Dərya Emin qızı müalicə aldığı klinikada dünyasını dəyişib.

Əldə olunan ilkin məlumata görə, müalicəsi normal keçən və hər hansı ölüm təhlükəsi olmayan azyaşlıya nümunə üçün antibiotik vurulub. Bu zaman azyaşlının halı kəskin pisləşib və dünyasını dəyişib.