Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında pul toplayan şəxs SAXLANILDI

 16:15 21.09.2022     1454

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən