Polis, oğlu ilə dalaşan şagirdi DÖYDÜ

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan verilən məlumat verilib.
Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib.
Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.