Polisin məktəblini döyməsi prokurorluqda araşdırılır

 19:55 21.09.2022     257

Yevlaxda azyaşlının polis tərəfindən döyülməsi prokurorluqda araşdırılır.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma başlanılıb.