Şəmkir sakini küçədə bıçaqlandı

 22:37 21.09.2022     442

Şəmkir şəhərində bıçaqlanma hadisəsi olub.

Redaktor.az xəbər verir ki, rayon sakini, 1975-ci il təvəllüdlü C.Məmmədov mərkəzi küçələrin birində mübahisə zəminində bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.