Bakıda gənc qız itkin düşdü

 09:15 22.09.2022     767

Bakıda 17 yaşlı Billurə Şirinova itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə sentyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Şirinova Billurə Rəşad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır (report).