Qazaxda iki məktəblini ildırım vurdu

 16:20 22.09.2022     1933

Azərbaycanda iki nəfəri ildırım vurub. 

Redaktor.az xəbər verir ki, hadisə Qazax rayonunda qeydə alınıb. 

Onların təcili olaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirildiyi bildirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzindən faktı təsdiq ediblər. Bildirilib ki, 22.09.2022-ci il tarixində ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“Onlardan biri 2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölüb. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır” (oxu.az).