Polislə əlbəyaxa olan sürücü həmin anı danışdı - VİDEO

 22:11 22.09.2022     537

"Mən taksi sürücüsü deyiləm. Taksi sürücülərinə böyük hörmətim var və şəxsi sahibkaram".

Redaktor.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə DYP əməkdaşları ilə əlbəyaxa olan sürücü Mehdiyev Səməndər bildirib.

O əlavə edib ki, DYP əməkdaşlarına ona dayanma əmri verdiyi an avtomobili saxlayıb: "Mənə avtoxuliqanlıq etdiyim deyildi. Mən də görüntü tələb etdim. Etiraz etdim və 102-yə zəng etdim. Həmin an polis əməkdaşları ilə münaqişə yarandı" (BAKU.WS).