Bakıda qəssab BIÇAQLANDI

 09:21 23.09.2022     279

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Redaktor.az APA-ya istinadən xəbər ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır