Bakıda məktəblini maşın vurdu

 10:13 23.09.2022     615

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 2009-cu il təvəllüdlü Məmmədzadə Sirac Raman oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən