Azərbaycanda məhkəmə qarşısında DƏHŞƏT YAŞANDI - Qollarını doğradı

 15:23 23.09.2022     161

Ucar rayon sakini özünə xəsarət yetirib.

Redaktor.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün Ucar Rayon Məhkəməsinin binası qarşısında baş verib. Rayon sakini, 30 yaşlı Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə qolunun damarlarını doğrayıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Nicat Cəfərova zəruri tibbi yardım göstərilib,vəziyyəti qənaətbəxşdir.

Nicat Cəfərovun hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.