Dəhşətli qəzada ölənlərin kimliyi bilindi - FOTO

 16:44 23.09.2022     663

Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli oxu.az-a açıqlamasında bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Mikayılova Ə. Usubalı qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:

“Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili onları vurub”.

Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb.