Tovuzda bədbəxt hadisə - Aşan agac can aldı

 17:47 23.09.2022     466

Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.