Lənkəranda itkin düşən 16 yaşlı tapıldı - FOTO - YENİLƏNİB

 17:32 24.09.2022     3054

Lənkəranda itkin düşən qız tapılıb.

Redaktor.az xəbər verir ki, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza bildirdi ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub:

“Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib”.

Qeyd edək ki, o, sentyabrın 23-də şagirdi səhər evdən çıxaraq məktəbə gedib və geri qayıtmayıb. Ailə onun tapılması üçün polisə müraciət edib.

***

Lənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

Redaktor.az xəbər verir ki, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən