Polis Lənkəranda xüsusi əməliyyat keçirdi - 22 nəfər saxlanıldı - FOTO

 11:04 24.09.2022     371

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini əvvəllər məhkum olunmuş Fizuli Kazımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib. 

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. 

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

22
Vumart və Güvən reklamı Vumart Güvən