Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.
Redaktor.az xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:
“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.
***
Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, direktor və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.













