Bu rayonda pambıq sahəsi yandı
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində pambıq sahəsinə yığılmış 1,8 ton pambığın 0,4 tonu yanıb.
Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən pambığın qalan hissəsi və pambıq sahəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.













