İntihar edən baş həkim niyə girov saxlanılıb? - YENİLƏNİB

 21:31 27.09.2022     1327

Xəbər verdiyimiz kimi, Masallı rayon Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo” isə intihara cəhd edən həkimlə bağlı əlavə məlumatlar əldə edib. Bildirilir ki. Mirrəhim Nəbiyev sələmçilər tərəfindən şantaj edilib, ondan külli miqdarda faiz tələb edildiyi üçün həyatına qəsd edib. Həmçinin onun Nadirov soyadlı iki qardaş tərəfindən 1 gün müddətində girov saxlanıldığı və bundan sonra özünə qəsd etdiyi qeyd edilib.

Təfərrüatlar onun dindirilməsindən və araşdırma aparıldıqdan sonra məlum olacaq.

***

Masallı rayon Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyev intihara cəhd edib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda onun intihara cəhd etdiyi, lakin həyatı xilas olunaraq Bakıya gətirildiyi bildirilir.

Hadisənin intihara cəhd olub-olmadığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin şəxsin dərman zəhərlənməsi diaqnozu ilə əlaqədar xəstəxanaya daxil olması ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Vəziyyəti ağır olduğundan o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır (lent.az).

Vumart və Güvən reklamı Vumart Güvən