Gəncədə sərnişin avtobusları TOQQUŞDU
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin təzə avtovağzal adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan "İsuzu " markalı iki sərnişin avtobusu toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Qeydə edək ki qəzaya uğrayan avtobusların hər ikisi 2 saylı xətt üzrə işləyir (apa.az).













