Masallıda ağır qəzada 2 nəfər öldü
Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.
Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.
Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyatı təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.













