Bu rayonda gənclər qəzaya düşdü - Üçü yaralandı, biri öldü

 09:22 29.09.2022     379

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, rayonun Çinarlı kəndi ərazisində hərəkətdə olan “Prado” ilə digər minik avtomobilin toqquşması nəticəsində 4 nəfər -  1994-cü il təvəllüdlü Orxan Cəfərov, 2003-cü il təvəllüdlü Rəşad  Məmmədəliyev, 1996-ci il təvəllüdlü Röyal Haqverdiyev və 2002-ci il təvəllüdlü Samir Aliyevi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Həkimlərin səyinə baxmayaraq, Orxan Cəfərov dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən