Tofiq Yaqublu saxlanıldı - YENİLƏNİB

 12:21 30.09.2022     830

Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılması ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin sözlərinə görə, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb.

DİN rəsmisinin sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır:

"Araşdırma başa çatan kimi sərbəst buraxılacaq".

***

Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Tofiq Yaqublunun qızı Nigar Həzi yayıb.

“Hara aparıldığı barədə heç bir məlumatımız yoxdur” - deyən N.Həzi atasının saxlanılma səbəbi barədə açıqlama verməyib.

Xatırladaq ki, AXCP bu gün saat 16:00-da Milli Məclisin qarşısına etiraz aksiyası təyin edib.

T.Yaqublunun aksiyaya hazırlıqla əlaqədar saxlanıldığı güman olunur.

Vumart və Güvən reklamı Vumart Güvən