Goranboyda avtomobil maneəyə çırpıldı, ata və oğul xəsarət aldı

 11:55 01.10.2022     682

Goranboy rayonunun Ağcakənd qəsəbəsində minik avtomobili idarəetməni itirərək maneəyə çırpılıb, ata və oğlu xəsarət alıb.

Redaktor.az xəbər verir ki, 1964-cü il təvəllüdlü M.Mustafayev və onun oğlu, 1988-ci il təvəllüdlü A.Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən