Tərtərdə iki əmioğlu minaya düşdü
Tərtər rayon sakinləri minaya düşüblər.
Modern.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayonunun Səhləband kənd sakinləri olan 1983-cü il təvəllüdlü Nicat Cabbarov və 1976-ci il təvəllüdlü Rafael Cabbarov Üçüncü Sovxoz adlanan ərazidə minaya düşüblər.
Minaya düşən şəxslər əmioğludurlar. Onlar ayaq nahiyyətlərindən xəsarət alıblar. Hər iki şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, minaya düşən sakinləri ərazidə olan çoban aşkar edib.













