Goranboyda dəhşətli maşın qəzası - YENİLƏNİB

 09:01 02.10.2022     1924

Goranboy rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, Xan Qərvənd kəndində iki minik avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Belə ki, yol qəzasında ağır xəsarət alan 1991-ci il təvəllüdlü F. Orucov dünyasını dəyişib.

Daha 3 nəfər, 1989-cu il təvəllüdlü Z. Həsənov, 1991-ci il təvəllüdlü F. Novruzov və 1983-cü il təvəllüdlü F. Hüseynov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Goranboy rayonunun Xan Qərvənd kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, "VAZ-21015" və "VAZ-2104" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların içərisində vəziyyəti ağır olan da var.

Xəsarət alanlar xəstəxanaya aparılıblar, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).

 

 

Vumart və Güvən reklamı Vumart Güvən