Yeniyetmə velosipedçi qəzada öldü

 09:13 02.10.2022     1404

Yevlax rayonunda 17 yaşlı velosipedçini avtomobil vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Aşağı Qarxun kəndində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan Yevlax rayon Aşağı Qarxun kənd sakini, 2005-ci il təvəllüdlü R.Hüseynovu avtomobil vurub.

O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

 

 

Vumart və Güvən reklamı Vumart Güvən