Goranboyda minik avtomobili traktorla toqquşdu - Çoxlu xəsarət alan var
Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
Redaktor.az xəbər verir ki, şəhər ərazisində "Chevrolet" markalı avtomobil traktorla toqquşub. Zərbənin gücündən traktor aşıb. Qəza zamanı xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.













