Qısqanc ər arvadını bıçaqladı

 09:21 03.10.2022     669

Ağcabədi rayonunda kişi arvadını bıçaqlayıb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə sentyabrın 2-də rayon ərazisində yerləşən "Bakı" çay evinin qarşısında qeydə alınıb.

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu Laçın rayon sakini, 1997-ci il təvəllüdlü, İbrahimova Sücayət Məcid qızı ilə qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiirlib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məclləsini 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən