Bakıda toyda faciəvi hadisə

 13:51 03.10.2022     485

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən