Bu rayonda saxlanılan yüksək vəzifəlilərin kimliyi BİLİNDİ
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.
Lənkəranın icra başçısı Taleh Qaraşov hazırda Bakıda olduğu deyilir.
İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.














