Bakıda dilənçilərə təpik vuran polislər işdən ÇIXARILDI - VİDEO

 18:07 05.10.2022     642

Sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Görüntülərlə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Redaktor.az-a bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər.

Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər.

Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən