Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin halının pisləşməsi etirazlara səbəb oldu - FOTO - YENİLƏNİB

 09:18 06.10.2022     1094

Sumqayıt-Xırdalan-Bakı qatarında sərnişinin halı pisləşib.

Redaktor.az "apa"ya istinadla xəbər verir ki, sərnişinin halının pisləşməsinə səbəb qatardakı sıxlıq və kondisionerlərin işləməməsi olub.

Sərnişinlər sıxlığa və qatarların gecikməsinə etiraz olaraq Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.

Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.

08:56

Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb.

Redaktor.az "report"a istinadla xəbər verir ki, Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinin dili qatlanıb.

Buna səbəb kimi qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsi göstərilir.

Dəmiryolu Vağzalında həkim tapılmadığı üçün təcili tibbi yardımın əməkdaşları gələnədək sərnişinə polislər və ətrafdakılar yardım göstərib.

222